Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Estoniya prezidenti ruslar və belaruslarla bağlı qanun imzalayıb
dünya

Estoniya prezidenti ruslar və belaruslarla bağlı qanun imzalayıb

14-04-2025 17:00 32 Views
IMG

Estoniya prezidenti Alar Karis ruslar, belaruslar və digər ikili vətəndaşlığı olan şəxsləri yerli seçkilərdə səsvermə hüququndan məhrum edən qanun imzalayıb.

Tvit.az xəbər verir ki, bu barədə Postimees portalı məlumat yayıb.

"Rigikogu (Estoniya parlamenti ) üzvləri əlbəttə ki, başa düşürlər ki, Konstitusiyaya dəyişiklik etməklə onlar çox ciddi nəticələrə səbəb olan qərar qəbul ediblər. Mən dəfələrlə vurğulamışam ki, bunun çox böyük nəticələri ola bilər", - Karis deyib.

Qeyd olunur ki, növbəti seçkilərdən başlayaraq vətəndaşlığı olmayan şəxslər də yerli seçkilərdə səsvermə hüququnu itirəcək.

Aysel Şirinova