Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport İtaliya klubunun futbolçusu "Barselona"ya keçə bilər
sport

İtaliya klubunun futbolçusu "Barselona"ya keçə bilər

09-04-2025 20:00 48 Views
IMG

İspaniyanın "Barselona" klubu yayda heyətini yeni müdafiəçi ilə gücləndirə bilər.

 

Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, kataloniyalılar "Fiorentina"nın (İtaliya) braziliyalı müdafiəçisi Dodonu sıralarına cəlb etməyi düşünür.

 

La Liqa təmsilçisinin idman direktoru Deku artıq 26 yaşlı oyunçunun meneceri ilə danışıqlara başlayıb.

 

Mənbə bildirir ki, Dodo özü də "Barselona"ya keçmək fikrinə müsbət yanaşır.

 

Qeyd edək ki, Dodo 3 il əvvəl Ukraynanın "Şaxtyor" kollektivindən 15 milyon avro qarşılığında "Fiorentina"ya keçib.