Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya ABŞ: İstanbulda Rusiyayla danışıqlar Ukraynanın təhlükəsizliyi ilə bağlı deyil
dünya

ABŞ: İstanbulda Rusiyayla danışıqlar Ukraynanın təhlükəsizliyi ilə bağlı deyil

09-04-2025 08:00 55 Views
IMG

Aprelin 10-da İstanbulda ABŞ və Rusiya nümayəndə heyətləri arasında keçirilən ikinci görüş Ukraynanın təhlükəsizliyi ilə bağlı deyil.


Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Tammy Bruce deyib.


“ABŞ və Rusiya nümayəndə heyətləri ikitərəfli missiyalarımızın əməliyyatlarının daha da sabitləşdirilməsində irəliləyiş əldə etmək üçün aprelin 10-da İstanbulda ikinci dəfə görüşəcək”,- deyə sözçü bildirib.


Elmin Alışov