Yaponiya Şimali Koreyaya qarşı sanksiyaları daha 2 il uzadacaq.
Tvit.az “Japan Times” qəzetinə istinadən xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Hayaşi Yoşimasa deyib.
Hayaşi bəyan edib ki, Şimali Koreyaya qarşı tətbiq edilən sanksiyalar daha iki il müddətinə uzadılacaq və sanksiyalara Şimali Koreya gəmilərinin Yaponiya limanlarına daxil olmasının və iki ölkə arasında ticarətin qadağan edilməsi də yer alacaq.
Elmin Alışov