Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya BMT İran və ABŞ arasında münasibətlərin pisləşməsindən narahatdır
dünya

BMT İran və ABŞ arasında münasibətlərin pisləşməsindən narahatdır

07-04-2025 22:00 16 Views
IMG

BMT İran və ABŞ arasında artan gərginlikdən narahatdır və ümid edir ki, tərəflər vasitəçilərin köməyi ilə dolayı danışıqlara razılaşa bilərlər. "Tvit.az" xəbər verir ki, bunu brifinqdə dünya təşkilatının baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

"Biz açıq şəkildə ABŞ və İran arasında artan gərginlikdən narahatıq. Biz üçüncü tərəfin köməyi ilə dolayı danışıqların aparılması ehtimalının olması ilə bağlı xəbərə də müsbət cavab verdik. Ümid edirik ki, üçüncü tərəfin vasitəçi qismində istifadə edilməsi ehtimalı reallaşacaq", - o vurğulayıb.

Aysel Şirinova