Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Bu ərazilərdə qaz olmayacaq
sosial

Bu ərazilərdə qaz olmayacaq

07-04-2025 19:00 18 Views
IMG

Bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

Bu barədə Tvit.az-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

 

Abşeron rayonu, Mehdiabad qəsəbəsində yeni çəkilmiş qaz xəttinin ümumi kollektora qoşulması ilə əlaqədar 08.04.2025-ci il saat 10:00-dan etibarən işlər yekunlaşanadək qaz təchizatı “Abşeron” ölçü qovşağından dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Novxanı ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.