Belarusun Avropa İttifaqının hərbiləşdirilməsi ilə əlaqədar öz ərazisində Rusiyanın taktiki nüvə silahını yerləşdirmək hüququ var.
Tvit.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Belarusun İsveçrədəki səfiri Aleksandr Qaneviç deyib.
“İndiki mərhələdə əməkdaşlığa davam etmək əvəzinə, Aİ gələcək hərbiləşdirmə yolunu seçib. Bu kontekstdə Belarus tərəfinin sərhəd perimetri boyunca hərbi kontingentlərin, əlavə qüvvə və taktiki nüvə silahını yerləşdirmək hüququ var”,- deyə səfir bildirib.
Elmin Alışov