Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial İlin ilk Günəş tutulması baş verəcək - Sabah bu saatlarda...
sosial

İlin ilk Günəş tutulması baş verəcək - Sabah bu saatlarda...

28-03-2025 21:00 43 Views
IMG

Sabah ilin ilk Günəş tutulması baş verəcək.

 

Tvit.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından bildirilib.

 

Məlumata görə, tutulma martın 29-u saat 12:50:35-də başlayıb, saat 16:43:25-də sona çatacaq.

 

Qeyd edək ki, bu, qismən Günəş tutulmasıdır. Tutulma hadisəsi 3 saat 52 dəqiqə 50 saniyə davam edəcək. Tutulmanın maksimumu saat 14:48:36-da olacaq.

 

Qismən tutulma Rusiyanın şimalı, Avropa, Şimal-Qərbi Afrika və Atlantik okeanından görünəcək.

 

Tutulma hadisəsi Azərbaycan ərazisində müşahidə olunmayacaq.