Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Qanunsuz saxlanılan odlu silah-sursat aşkarlandı
sosial

Qanunsuz saxlanılan odlu silah-sursat aşkarlandı

28-03-2025 11:00 56 Views
IMG

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

"Tvit.az" xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, martın 27-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 1 qumbara aşkar edərək götürüblər.