Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial İordaniyanın Kralı Azərbaycan Prezidentini təbrik edib
sosial

İordaniyanın Kralı Azərbaycan Prezidentini təbrik edib

27-03-2025 19:00 42 Views
IMG

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Prezidenti İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib.

 

Tvit.az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

 

"Zati-aliləri.

 

Müqəddəs Ramazan bayramı münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimizi çatdırıram.

 

Zati-alinizə ən xoş arzularımı bildirir, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq diləyirəm".