Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Biləsuvarın bəzi ərazilərində qaz təchizatında problem yaranıb
sosial

Biləsuvarın bəzi ərazilərində qaz təchizatında problem yaranıb

26-03-2025 20:00 68 Views
IMG

Biləsuvar şəhərinin bəzi ərazilərinin qaz təchizatında problem yaranıb.

 

Bu barədə Report-a sakinlər məlumat verib.

 

Belə ki, artıq 2 saatdır ki, bəzi abonentlərin evlərinə verilən qazın təzyiqi zəifləyib və ya kəsilib.

 

Məsələ ilə bağlı Lənkəran Regional Qaz İstismar İdarəsinin Biləsuvar xidmət sahəsindən bildirilib ki, yaranan problem şəhər ərazisində qaz tənzimləyici qurğuda yaranan tutulma ilə əlaqədardır. Hazırda problem aradan qaldırılır.