İsrailin 7 oktyabr 2023-cü ildən bəri 78 min əsgərinin yaraladığı bildirilir.
Tvit.az bu barədə İsrailin “KAN” dövlət televiziyasına istinadən xəbər verir.
Müdafiə Nazirliyinin açıqladığı rəqəmlərlə “KAN” televiziyasının söylədiyi rəqəmlər arasında ciddi fərq var.
Belə ki, İsrail ordusu 7 oktyabr 2023-cü il hadisələrindən sonra Qəzza zolağında yalnız 5741 əsgərinin yaralandığını iddia edib.
Elmin Alışov