ABŞ-nin Ukraynada mümkün sülhməramlı missiyada avropalı qoşunlara dəstək verməkdən imtina etməsi NATO-nun birliyini təhdid edəcək.
Tvit.az xəbər verir ki, bu barədə Financial Times qəzetinin sözlərindən sitat gətirən Aİ diplomatı bildirib.
Məlumata əsasən, ABŞ prezidenti Donald Trampın Amerikaya hava örtüyü və ya başqa dəstək təklif etməkdən imtina etməsi Ukraynada təklif olunan sülhməramlı missiya ilə bağlı ciddi şübhələr yaradıb.
"Heç kim Ukraynada atəş xəttində ABŞ-ın dəstəyi olmadan az sayda Avropa qoşununu görmək istəmir. Bir şey baş verərsə, bu, NATO-nun birliyinə böyük zərbə vuracaq”, - Aİ diplomatı bildirib.
Aysel Şirinova