Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya İran xarici işlər nazirinin müavini Qrossi ilə nüvə məsələlərini müzakirə edib
dünya

İran xarici işlər nazirinin müavini Qrossi ilə nüvə məsələlərini müzakirə edib

17-03-2025 16:00 28 Views
IMG

İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi ilə görüşüb.

Tvit.az xəbər verir ki, bu barədə İranlı diplomat X sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Mən MAQATE-nin baş direktoru ilə səmimi və konstruktiv söhbət etdim. Görüş zamanı İran və MAQATE arasında əməkdaşlıqla bağlı məsələlər, qalan iki problemin həlli - nüvə obyektlərinin təhlükəsizliyi və nüvə proqramı ətrafında son hadisələr, həmçinin sanksiyaların ləğvi müzakirə olunub". 

Qeyd edək ki, tərəflər Tehranın nüvə proqramı ilə bağlı məsələləri müzakirə ediblər.

Aysel Şirinova