İsrailin həyata keçirdiyi siyasət Qüds və bütün Fələstin ərazilərində xristian varlığını təhdid edir.
Tvit.az “WAFA” agentliyinə istinadən xəbər verir ki, bunu Fələstin Rəhbərliyi yanında Kilsə İşləri üzrə Ali Komitənin rəhbəri Rəmzi Huri deyib.
“İsrailin siyasətləri, o cümlədən İslam və Xristian müqəddəsliklərinin artan pozulması Yerusəlimdə və bütün Fələstin ərazilərində xristian varlığını təhdid edir”,- deyə Fələstin rəsmisi bildirib.
Elmin Alışov