Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Apple istifadəçilərinə çağırış etdi
dünya

Apple istifadəçilərinə çağırış etdi

13-03-2025 16:00 47 Views
IMG

Amerikanın "Apple" korporasiyası bir milyarddan çox istifadəçini iPhone-larını təcili olaraq yeniləməyə çağırıb. Tvit.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Şirkət iOS-da quraşdırılmış Safari brauzerinin mühərriki olan Webkit-də aşkar edilmiş CVE-2025-24201 boşluq haqqında məlumat verib. Mütəxəssislərin fikrincə, hakerlər zəiflikdən iPhone və iPad sahiblərinə hücum etmək üçün istifadə edə bilərlər, çünki sistem qüsuru virusların brauzerin təcrid olunmuş yerindən çıxmasına imkan verir.

Apple qeyd edib ki, problem 2018-ci ildə buraxılmış iPhone Xs və daha yeni cihazlar da daxil olmaqla, bütün mövcud smartfonlara təsir edir. Korporasiya bildirib ki, bütün istifadəçilər yeniləməni quraşdırmalıdır. Bununla belə, hücumçuların zəiflikdən istifadə edib-etmədiyi və haker hücumunun qurbanlarının olub-olmadığı məlum deyil. Şirkət həmçinin bildirib ki, hakerlərin Apple-ın bütün müştəri bazasını hədəf almasına inanmır.

Aysel Şirinova