Almaniyanın xarici işlər naziri Annalena Baerbok G7 ölkələrini Rusiya prezidenti Vladimir Putinə qarşı birləşməyə çağırıb.
Tvit.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Məlumata görə, Baerbok G7 Xarici İşlər Nazirləri Toplantısı üçün Kanadaya getməzdən əvvəl verdiyi yazılı açıqlamada G7 ölkələrinin xarici işlər nazirlərinin fikir mübadiləsi aparmasının vacib və zəruri olduğunu bildirib. Baerbok qeyd edib ki, Putinin Ukraynada müharibə məqsədlərinə çata bilməməsi, ilk növbədə, ukraynalıların cəsarəti və G7 ölkələrinin dəstəyi ilə bağlıdır: "Sülhə gedən yol güc və birlikdən keçir. Bu, Putinin anladığı dildir", - ifadələrdən istifadə edib.
Aysel Şirinova