Türkiyənin Samsun əyalətinin Salıpazarı rayonunda tapança ilə atəş açarkən görüntülərini sosial mediada paylaşan şəxs polis tərəfindən saxlanılıb.
Tvit.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat zamanı çoxlu sayda sənədsiz silah və narkotik həblər götürülüb.
Alınan məlumata görə, Salıpazarı rayonunda yaşayan və sosial şəbəkədə tapançadan atəş açarkən görüntüləri yayılan şəxs Kibercinayətkarlıqla Mübarizə Şöbəsi qruplarının Virtual Patrul fəaliyyəti çərçivəsində həyata keçirdikləri işlər nəticəsində aşkar edilərək yaxalanıb. Həmin şəxsin yaşadığı ünvanda aparılan axtarış zamanı ondan xeyli sayda silah və 61 ədəd sintetik narkotik vasitə aşkar edilərək götürülüb.
Aysel Şirinova