Beynəlxalq Ədalət Məhkəməsi gələn ay İsrail hökumətinin Qəzzaya yardımın girişini əngəllədiyi iddiaları fonunda İsrailin fələstinlilərə qarşı humanitar öhdəlikləri ilə bağlı dinləmələr keçirəcək.
Tvit.az bu barədə "The Times of İsrael"ə istinadən xəbər verir.
Məlumata görə, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası dekabr ayında dünya qurumunun ali məhkəməsinin məsələ ilə bağlı məsləhətçi rəy verməsini tələb edən qətnaməni təsdiqləyib.
Açıqlamada deyilir ki, dinləmələr aprelin 28-də Haaqadakı məhkəmə binasında açılacaq.
Aysel Şirinova