İsrail ordusu İordan çayının qərb sahilinin şimalındakı Qalkiliya şəhərinin Azzun qəsəbəsinə basqın zamanı 200-ə yaxın fələstinlini həbs edib.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Qeyd olunub ki, İordan çayının qərb sahili və Şərqi Qüdsdə 2023-cü il oktyabrın 7-dən bu yana həbsdə olan fələstinlilərin sayı 490-ı qadın olmaqla 15 min 640 nəfərə çatıb.
Elmin Alışov