Meksika prezidenti Klaudiya Şeynbaum minlərlə insanın qatıldığı mitinqdə ABŞ-ı qarşılıqlı hörmət və dialoqa çağırıb.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, Trampın Meksikaya 25% əlavə gömrük rüsumlarını bir ay müddətinə dayandırmasından sonra Şeynbaum paytaxt Mexikoda çıxışında deyib.
“Biz Meksika ilə ABŞ arasında münasibətlərin hər zaman qarşılıqlı hörmət və dialoq yolu ilə möhkəmlənəcəyinə inanırıq. Amerika xalqına deyirəm ki, bizim onlara zərər vermək niyyətimiz yoxdur və heç vaxt olmayacaq”,- deyə Meksika lideri bildirib.
Elmin Alışov