Türkiyə-Rusiya münasibətlərində irəliləyiş yoxdur.
Tvit.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri , səfir Akif Çağatay Kılıç Ankara ilə Moskva arasında münasibətlərin soyuduğu iddiasından danışıb . O, bu barədə CNN Türk-ə müsahibəsində bildirib.
Kılıç qeyd edib ki, iki ölkə arasında münasibətlərdə dönüş yoxdur.
Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov Türkiyə ilə Rusiya arasında münasibətlərin soyuması ilə bağlı sualı cavablandırıb . Onun sözlərinə görə, Moskva ilə Ankara arasında ikitərəfli münasibətlər çoxşaxəlidir və inkişaf etməkdə davam edir.