Yəməndəki husilər Əl-Hüdeydə əyalətinin hava məkanında ABŞ-a məxsus “MQ-9” pilotsuz uçuş aparatını vurublar.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Husi ordusunun sözçüsü Yəhya Seri deyib.
Qəzza zolağına dəstək məqsədilə ABŞ və İsrailə qarşı mübarizədə vurduqları MQ-9 tipli PUA-ların sayının 15-ə yüksəldiyini qeyd edən Seri, Fələstin xalqına dəstəyini davam etdirəcəklərini bildirib.
Elmin Alışov