Cənubi Amerika ölkəsi Ekvadorun cənubunda daşqınlar baş verib.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Daşqınlar nəticəsində 2 nəfər ölüb, 81 nəfər yaralanıb.
San Roque çayının daşması nəticəsində bir çox ev və iş yeri su altında qalarkən, mülki müdafiə qruplarının axtarış-xilasetmə işləri davam etdiyi bildirilib.
Elmin Alışov