Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport "Mançester Siti" və "Arsenal" argentinalı futbolçu ilə maraqlanır
sport

"Mançester Siti" və "Arsenal" argentinalı futbolçu ilə maraqlanır

03-03-2025 15:00 28 Views
IMG

İngiltərənin "Arsenal", "Mançester Siti" və İtaliyanın "İnter" klubu "Komo"nun futbolçusu Niko Pasla maraqlanır.

 

Tvit.az "CaughtOffside" nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı oyunçu London təmsilçisinin əsas transfer hədəflərindən biridir.

 

Ötən yay İspaniyanın "Real" komandasından ayrılan argentinalı yarımmüdafiəçi aparıcı klubların diqqət mərkəzindədir.

 

Lakin "Kral klubu"nun onu 2025-ci ildə 8, 2026-cı ildə 9 milyon avroya almaq hüququna malik olması işləri çətinləşdirir.

 

Qeyd edək ki, Niko Pas cari mövsüm "Komo"nun heyətində 25 matçda 6 qol vurub, 5 məhsuldar ötürmə ilə yadda qalıb.