Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Şoyqu və Si Cinpini Qələbənin 80 illiyinə hazırlıq müzakirə edib
dünya

Şoyqu və Si Cinpini Qələbənin 80 illiyinə hazırlıq müzakirə edib

28-02-2025 23:00 20 Views
IMG
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu və Çin prezidenti Si Cinpində Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinin qeyd edilməsi ilə bağlı hazırlıq işləri müzakirə olunub.

Tvit.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətindən bildirilib.

"Tərəflər Böyük Vətən müharibəsində Qələbənin 80-ci ildönümünə və militarist Yaponiya üzərində Qələbənin 80 illiyinə həsr olunmuş təntənəli tədbirlərə hazırlıqları müzakirə ediblər", - deyə bəyanatda bildirilir.

Bundan əvvəl Si Cinpinq Böyük Vətən müharibəsində qələbənin 80 illiyinin qeyd edilməsində iştirak etmək üçün Moskvaya getmək dəvətini qəbul edib.

Aysel