Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Naxçıvanda dövlət qurumunda yoxlama aparılır
sosial

Naxçıvanda dövlət qurumunda yoxlama aparılır

28-02-2025 12:00 113 Views
IMG

Naxçıvan Dövlət Nəqliyyat Xidmətində yoxlamalara başlanıb.

 

Tvit.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Naxçıvan Dövlət Nəqliyyat Xidməti" publik hüquqi şəxsində yoxlamalar həyata keçirilir.

 

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, "Naxçıvan Dövlət Nəqliyyat Xidməti" PHŞ-in fəaliyyət dövrü üzrə iş planına uyğun olaraq, aidiyyəti dövlət orqanı tərəfindən kənar dövlət maliyyə nəzarəti tədbiri təşkil edilib.