BMT ABŞ və Rusiya arasında məsələlərin həlli üçün istənilən dialoqu məmnuniyyətlə qəbul edir.
Bunu TASS-ın İstanbulda keçirilmiş Rusiya-Amerika danışıqlarının şərhinə dair müraciətinə cavab olaraq dünya təşkilatının rəsmi nümayəndəsi Stephane Dujarric bildirib.
"Biz dəqiq nə müzakirə olunduğundan xəbərsizik. Amma düşünürəm ki, ABŞ və Rusiya arasında həlli vacib olan məsələlərin həlli üçün istənilən dialoq müsbət qarşılanmalıdır".
Cümə axşamı günü bir qədər əvvəl rusiya və ABŞ səfirliklərinin işinin problemləri ilə bağlı İstanbulda müzakirələr aparılıb. Görüş 6 saat yarım davam edib. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, müzakirələrin nəticələrinə dair informasiya "bir yolla veriləcək". Görüşdən öncə Moskva və Vaşinqton arasında bu mövzuda iki ilkin texniki əlaqə olub.