Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Bu tarixədək intensiv qar yağacaq - Xəbərdarlıq
sosial

Bu tarixədək intensiv qar yağacaq - Xəbərdarlıq

25-02-2025 16:00 23 Views
IMG

Fevralın 26-sı səhər dağlıq ərazilərdən başlayaraq 27-si gündüzədək ölkənin əksər rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, arabir intensivləşəcəyi gözlənilir.

 

Tvit.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

 

Qeyd olunub ki, havanın minimal temperaturu Aran rayonlarında 2-7, dağlıq rayonlarda 10-15, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta olacaq.

 

Gözlənilən şaxtalı hava şəraiti ilə bağlı bəzi yollar buz bağlayacaq.