Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Bu yollarda sürət həddi bərpa edildi
sosial

Bu yollarda sürət həddi bərpa edildi

25-02-2025 12:00 46 Views
IMG

Bakıda qarlı və küləkli hava şəraiti səbəbindən bir sıra yollarda endirilən sürət həddi bərpa edilib.

 

Tvit.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

 

Məlumata görə, Zığ dairəsi-Hava Limanı, Buzovna-Zağulba yollarında, Mərdəkan şosesində və Heydər Əliyev prospektində endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.