Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Azyaşlının başına buz parçası düşdü - Ağır xəsarət aldı
dünya

Azyaşlının başına buz parçası düşdü - Ağır xəsarət aldı

24-02-2025 23:00 21 Views
IMG

Türkiyənin Muş vilayətində ibtidai sinif şagirdi tənəffüs zamanı məktəbin həyətinin damından buz parçasının başına düşməsi nəticəsində ağır xəsarət alıb. Həmin anlar təhlükəsizlik kameralarına düşüb.
Tvit.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Məlumata görə, Muş Vəli Adil Yazar İbtidai məktəbinin 4-cü sinif şagirdi Məhəmməd Əmir Ekici  tənəffüs zamanı dostu ilə  oynayarkən 4 mərtəbəli məktəbin damından buz parçası onun başına düşüb. Ərazidəki müəllimlər və məktəb rəsmiləri təcili yardıma müraciət ediblər.
Ağır yaralanan azyaşlıya hadisə yerinə gələn həkimlər tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra  Dövlət Xəstəxanasına aparılıb.

Müalicə altına alınan Ekicinin vəziyyətinin ağır olduğu bildirilib. Məktəbin təhlükəsizlik kamerasına düşən hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Aysel Şirinova