Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Tehrandan Qrossiyə xəbərdarlıq: Siyasi və qeyri-peşəkar yanaşmanı dayandırın!
dünya

Tehrandan Qrossiyə xəbərdarlıq: Siyasi və qeyri-peşəkar yanaşmanı dayandırın!

21-02-2025 22:00 29 Views
IMG

“Baş direktorun təkrarlanan siyasi ritorikası onun vəzifəsinə və mövqeyinə uyğun gəlmir və buna son qoyulmalıdır.”
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri İranın Atom Enerjisi Təşkilatı Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktorunun son açıqlamalarına reaksiya verərəkən deyib.
İranın Atom Enerjisi Təşkilatı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossinin son bəyanatlarına münasibət bildirərək bəyanat yayıb.
Bəyanatda qeyd olunur: Agentliyin baş direktorundan mühüm beynəlxalq təşkilatın yüksək vəzifəli şəxsi kimi hər zaman tərəfsiz, peşəkarcasına, siyasi qərəzsiz çıxış və fəaliyyət göstərməsi gözlənilir. Təəssüflər olsun ki, cənab Qrossinin bəzi bəyanatlarında və mövqelərində, xüsusən də son zamanlar verdiyi açıqlamalarda belə xüsusiyyətlər yoxdur. Bu məsələ belə bir mühüm beynəlxalq təşkilatın qərəzsizlik və peşəkarlıq yolundan uzaqlaşaraq öz etimadını zədələyəcəyi ilə bağlı narahatlıqları artırıb.
Bəyanatda əlavə olunur: ABŞ və bəzi Qərb dövlətlərinin İrana qarşı ədalətsiz təzyiqləri üçün bu təşkilatdan sui-istifadə etməyə çalışdığı bir vaxtda bu siyasi və qeyri-peşəkar bəyanatlar onların qeyri-legitim maraqları üçün bəhanəyə çevrilə bilər. Cənab Qrossinin Yaponiyada keçirdiyi mətbuat konfransında verdiyi son açıqlamalar qeyri-peşəkar davranış və çıxışın nümunəsidir.


Aysel