Qəzza böhranı yalnız müstəqil Fələstin dövlətinin yaradılması ilə həll edilə bilər.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Həll edilməmiş Fələstin məsələsi təkcə Qəzzada deyil, Livan, Suriya və Yəməndə də şiddəti artırıb. Bu, yalnız sülh və təhlükəsizlik şəraitində mövcudluğunu davam etdirə biləcək müstəqil Fələstin dövlətinin yaradılması ilə mümkündür”,- deyə Lavrov bildirib.
Elmin Alışov