Ukraynaya avropalı əsgərlərin göndərilməsi ehtimalı ilə bağlı Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Bu məsələ bizi narahat edir. Çünki burada söhbət NATO qoşunlarının Ukraynada yerləşdirilməsindən gedir. NATO ölkələrinin qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsi qəbuledilməzdir”,- deyə Peskov bildirib.
Elmin Alışov