Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Tramp: ABŞ Ukraynaya 350 milyard dollar xərcləyib və heç nə geri almayacaq
dünya

Tramp: ABŞ Ukraynaya 350 milyard dollar xərcləyib və heç nə geri almayacaq

19-02-2025 22:00 30 Views
IMG
ABŞ Ukraynaya 350 milyard dollar ayırıb, lakin bu pul amerikalılara “tamamilə heç nə” gətirməyəcək”.
Tvit.az xəbər verir ki, bu barədə  ABŞ prezidenti Donald Tramp bildirib.

"ABŞ Avropadan 200 milyard dollar çox xərcləyib. Avropa pulları zəmanətlə dəstəklənsə də, ABŞ mütləq heç nə almayacaq. Niyə Sleepy Joe, Biden balans tələb etmədi? Axı bu müharibə Avropa üçün bizdən qat-qat vacibdir. Axı biz onlardan böyük və gözəl okeanla ayrılırıq", - Ağ evin başçısı deyib.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Zelenskini "seçkilərsiz diktator" adlandırıb və onu çox aşağı reytinqə görə Ukraynada seçkilər keçirməkdən imtina etməkdə günahlandırıb.

Aysel Şirinova