Nigeriya hakimiyyəti dünyanın ən böyük kriptovalyuta birjası olan "Binance"i məhkəməyə verərək, tam şəkildə iqtisadi itkiləri kompensasiya edib və vergiləri geri qaytarmağı tələb edib.
Tvit.az xəbər verir ki, bu barədə Reuters-in məhkəmə sənədlərinə istinadən yaydığı məlumatda bildirilib.
Afrika ölkəsinin hökuməti 81,5 milyard dollar tələb edir. Onlardan 79,5 milyard dolları bu saytın fəaliyyəti nəticəsində büdcəyə dəymiş zərər hesabına həyata keçirilir.
Nigeriya rəhbərliyinin sözlərinə görə, ölkənin valyuta problemlərində məhz Binance günahkardır. Burada onun əhəmiyyətli iqtisadi varlığı var. Şirkət rəsmi qeydiyyatdan keçməyib və buna uyğun olaraq, korporativ vergi ödəməyib, lakin son illər onun platforması yerli valyuta nairasının ticarəti üçün prioritetə çevrilib
Aysel Şirinova