ABŞ-la bütün sahələrdə münasibətlərin normallaşması istiqamətində hərəkətlik var.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Hələlik dünənki danışıqların göstərdiyi kimi, bütün sahələrdə münasibətlərin normallaşması istiqamətində hərəkət var. Təkcə Ukrayna böhranını həll etmək üçün deyil, həm də ABŞ arasında iqtisadi, geopolitika və ticarət əlaqələrinin bərpası və genişlənməsi üçün şərait yaratmağa hazırıq”,- deyə nazir bildirib.
Elmin Alışov