Rusiya Bankının son Infom sorğusuna əsasən, fevralda əhalinin inflyasiya gözləntiləri yanvardakı 14%-dən 13,7%-ə düşüb.
Tvit.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, dekabrda bu göstərici 13,9%, noyabr və oktyabrda 13,4%, sentyabrda 12,5% olub ki, bu da avqustun göstəricilərindən (12,9%) aşağı, iyulun 12,4%-dən bir qədər yüksək olub.
Bununla yanaşı, fevralda müşahidə olunan inflyasiya yanvarda 16,4%-dən, dekabrda isə 15,9%-dən 16,5%-ə yüksəlib.
Əmanətləri olanlar arasında müşahidə olunan inflyasiya fevralda kəskin azalaraq yanvardakı 15,4%-dən 13,6%-ə, əmanətləri olmayanlar arasında isə 17,5%-dən 18,4%-ə yüksəlib.
Sorğu 2025-ci il fevralın 3-dən 13-dək Rusiya Federasiyasının 55 subyektinin 105 məskunlaşdığı ərazidə 18 yaşdan yuxarı ən azı 2000 respondent arasında aparılıb.
Aysel Şirinova