Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport PSJ "Real"ın futbolçusu üçün 80 milyon avroluq təklif hazırlayır
sport

PSJ "Real"ın futbolçusu üçün 80 milyon avroluq təklif hazırlayır

19-02-2025 15:00 61 Views
IMG

Fransanın PSJ klubu İspaniya təmsilçisi "Real"da çıxış edən Eduardo Kamavinqa üçün təklif hazırlayır.

 

Tvit.az "Fichajes"ə istinadən xəbər verir ki, Paris təmsilçisi 22 yaşlı yarımmüdafiəçiyə görə 80 milyon avro ödəmək niyyətindədir.

 

Ölkə çempionunun baş məşqçisi Luis Enrike fransalı oyunçunu yarımmüdafiəni gücləndirmək baxımından ideal namizəd hesab edir. "Kral klubu" isə öz növbəsində təklifləri nəzərdən keçirməyə hazırdır.

 

Qeyd edək ki, futbolçunun "Real"la müqaviləsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub. O, cari mövsüm 19 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.