Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport “ Neftçi"-"Qarabağ" oyununda dava: AFFA-dan qərar…
sport

“ Neftçi"-"Qarabağ" oyununda dava: AFFA-dan qərar…

19-02-2025 13:00 41 Views
IMG

AFFA Misli Premyer Liqasının XXIII turunda baş tutan "Neftçi"-"Qarabağ" matçında yaşananlarla bağlı qərarlarını açıqlayıb.

 

Tvit.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

 

“16 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIII turun “Neftçi”-“Qarabağ” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Neftçi” klubu 800 manat cərimə edilsin (maddə 52.1);

 

16 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIII turun “Neftçi”-“Qarabağ” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Neftçi” klubu 1000 manat cərimə edilsin (maddə 43.7);

 

16 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIII turun “Neftçi”-“Qarabağ” oyununda “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ” klubu 700 manat cərimə edilsin (maddə 37);

 

16 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIII turun “Neftçi”-“Qarabağ” oyununun 22-ci dəqiqəsində “Qarabağ” klubunun 81 nömrəli futbolçusu Kevin Medina ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Qarabağ” klubu 1500 manat cərimə edilsin (maddə 39.1);

 

16 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIII turun “Neftçi”-“Qarabağ” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Qarabağ” klubu 1000 manat cərimə edilsin (maddə 43.7)”, - qərarda bildirilib.