ABŞ-ın Rusiyaya qarşı sanksiyaları Ukrayna ilə razılıq əldə olunana qədər davam edəcək.
Tvit.az “Blomberg” nəşrinə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
Qeyd edək ki, bundan əvvəl Ər-Riyadda Rusiya ilə danışıqlardan sonra Rubio bildirmişdi ki, Ukrayna münaqişəsi həll edildikdən sonra Qərb ölkələri Rusiyaya qarşı sanksiyaları ləğv etməli olacaqlar.
Elmin Alışov