ABŞ prezidenti Donald Tramp, Ukraynanın Səudiyyə Ərəbistanında keçiriləcək ABŞ-Rusiya danışıqlarına niyə dəvət edilməməsi ilə bağlı suala münasibət bildirib.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Bu gün eşitdim ki, "bizi dəvət etməmişdilər" deyirlər. Bunu üç il əvvəl bitirməli idiniz. Siz bu müharibəyə heç vaxt başlamamalı idiniz. Həmçinin əvvəllər də razılaşa bilərdiniz”,- deyə Tramp vurğulayıb.
Elmin Alışov