Abxaziya MSK martın 1-də respublika prezidentinin seçilməsi ilə bağlı təkrar səsvermənin keçirilməsi barədə qərar qəbul edib.
Tvit.az xəbər verir ki, bu barədə komissiyanın mətbuat xidmətindən məlumat verilib.
"Abxaziya Respublikasının Mərkəzi Seçki Komissiyasının qərarı ilə Abxaziya Respublikası Prezidentinin təkrar seçkiləri 2025-ci il martın 1-nə təyin edilir", - deyə bəyanatda bildirilir.
Aysel Şirinova