Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Müharibənin Azərbaycana vurduğu ümumi ziyan
sosial

Müharibənin Azərbaycana vurduğu ümumi ziyan

18-02-2025 20:00 35 Views
IMG

Eyni zamanda, təcavüzkar müharibə nəticəsində mülki infrastruktura Birinci Qarabağ müharibəsi və sonrakı dövrlərdə, habelə İkinci Qarabağ müharibəsi dövründə ümumilikdə 5,2 milyard manatdan artıq məbləğdə maddi ziyan vurulub.

"Tvit.az" xəbər verir ki, bu, hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslər barəsindəki cinayət işi üzrə ittiham aktında qeyd olunub.

Qeyd edilib ki, təcavüzkar müharibə nəticəsində Azərbaycan Respublikasının mülki infrastrukturuna, iqtisadiyyatına, ekologiyasına, müdafiə arsenalına və digər sahələr üzrə Azərbaycan Respublikasına ümumilikdə 100 milyard manatdan artıq maddi ziyan vurulub.