Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Kanada Rusiyanın G7-yə qayıtmasına qarşı çıxır
dünya

Kanada Rusiyanın G7-yə qayıtmasına qarşı çıxır

18-02-2025 20:00 30 Views
IMG

Kanada hökuməti Rusiyanın "Yeddilər qrupu"na (G7) qayıtmasına qarşı çıxır.

 Tvit.az xəbər verir ki, bu barədə kanadanın hazırda Brüsseldə olan xarici işlər naziri Melani Coli tərəfindən onlayn brifinq zamanı bildirilib.

"Rusiyanı G7-yə daxil etmək təklifinə gəldikdə, mən dedim: "Heç cür!", – deyə Coli bildirib.

O, bu mövzunu avropalı həmkarları ilə müzakirə etdiyinə aydınlıq gətirib.

Aysel Şirinova