Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home şou-biznes Bu teatra yeni direktor təyin edildi
şou-biznes

Bu teatra yeni direktor təyin edildi

18-02-2025 19:00 45 Views
IMG

Naxçıvan Dövlət Kukla Teatrının direktoru vəzifəsinə təyinat olub.

"Tvit.az" xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidovun müvafiq əmri ilə Səyyad Çapay oğlu Məmmədov Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının direktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Səyyad Məmmədov bu təyinatadək Naxçıvan Dövlət Milli Dram Teatrında aktyor kimi çalışırdı.

Həmçinin o, müstəqil “Yeni Era” Uşaq və Gənclər Teatrının təsisçisi və direktorudur.