Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Lavrov G20 XİN-lərinin görüşündə iştirak edəcək
dünya

Lavrov G20 XİN-lərinin görüşündə iştirak edəcək

14-02-2025 13:00 114 Views
IMG

Rusiyanın xarici işlər naziri Sergey Lavrov 20-21 fevral 2025-ci il tarixlərində Yohannesburqda (Cənubi Afrika) G20 ölkələrinin xarici işlər orqanları rəhbərlərinin görüşündə iştirak edəcək.

Tvit.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

“Cənubi Afrika Respublikasından  olan dostlarımızın və həmfikirlərimizin debüt sədrliyi çərçivəsində “İyirmilik” qrupunun (G20) xarici siyasət idarələrinin rəhbərlərinin açılış görüşü hazırlanır. Bu fevralın 20-dən 21-dək Yohannesburqda baş tutacaq”, - deyə o bildirib.

Zaxarova qeyd edib ki,  ilk dəfə olaraq Rusiya nümayəndə heyətinə  xarici işlər naziri Sergey Lavrovun başçılıq etməsi planlaşdırılır.

Aysel Şirinova