Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Ukraynanın NATO-ya daxil olması masada deyil - ABŞ
dünya

Ukraynanın NATO-ya daxil olması masada deyil - ABŞ

14-02-2025 13:00 133 Views
IMG

Ukraynanın NATO-ya daxil olması nəzəri cəhətdən 25 ildən sonra mümkün olsa da, hazırda mümkün deyil.

Tvit.az xəbər verir ki, bu fikri ABŞ-ın müdafiə naziri Pit Heqset Breitbart News portalına müsahibəsində bildirib.

"Ukraynanın NATO-ya üzvlüyü çətin ki, düşdüyümüz vəziyyətin reallıqları nəzərə alınmaqla mümkün deyil. Heç kim 25 il və ya başqa bir müddət ərzində yerə pay vurmur", - deyə o, bildirib.

Nazir əlavə edərək bildirib ki, hazırda Ukraynanın NATO-ya daxil olması masada deyil.

Aysel Şirinova