Yunanıstanın xarici işlər naziri Yorgos İerapetritis Parisdə keçirilən Beynəlxalq Suriya Konfransında Suriyanın ayaq üstə durmasının vacibliyini vurğulayıb.
Tvit.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Əsəd rejiminin devrilməsindən sonra Suriyanın yaşadığı böhranlara diqqət çəkən İerapetrit, humanitar yardım və əhatəli idarəçiliyə çağırıb.
Yunanıstanın Suriyanın gələcəyi ilə bağlı danışıqlarda iştirakını davam etdirəcəyini bildirən Yerapetritis, "Suriyadakı yeni rejimin beynəlxalq hüquqa və beynəlxalq dəniz hüququna tam hörmət etməsi və bu idarənin bütün xristian əhali daxil olmaqla, əhatəli olması Yunanıstan üçün son dərəcə əhəmiyyətlidir", - deyib.
Aysel Şirinova