İndoneziya ilə Türkiyənin əsrlər boyu əlaqələri var.
Tvit.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu İndoneziya prezidenti Prabowo Subianto deyib.
“Bizim bağımız Osmanlı dövründən bəri çox güclüdür. İndoneziya ilə Türkiyə arasındakı ortaqlığı gücləndirməkdə qərarlıyıq. Müdafiə sənayesi sahəsində əməkdaşlıq səylərinə daha çox dəstək vermək istəyirik”,- deyə İndoneziya lideri vurğulayıb.
Elmin Alışov